Azərbaycanda peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əks etdirən vahid informasiya sistemi yaradılacaq. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi baza formalaşdırılmalıdır. Prosesin növbəti iki il üçün həyata keçirilməsi nəzərdə tutulub.
Əsas icraçı orqan kimi müəyyənləşən Nazirlər Kabineti ilə yanaşı Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə fəaliyyət göstərəcək.