İran AEBA ilə əməkdaşlığı dayandırır

25 İyun 2025 12:00 (UTC+04:00)

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiq edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin nümayəndəsi Alireza Salimi açıqlayıb. Bildirilib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin edilməyənə qədər AEBA müfəttişlərinin ölkəyə daxil olması qadağan ediləcək.