Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib - SİYAHI

25 İyun 2025 11:13 (UTC+04:00)

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, sənədə əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova

polkovnik Vasif Tofiq oğlu Xəlilova

polkovnik Elnur Sadıq oğlu Kazımova

polkovnik Elgün Aqil oğlu Əliyevə.