İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə 4-cü müavin təyin edilib

25 İyun 2025 11:01 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədrinə yeni müavin təyin edilib. SİA xəbər verir ki, bu vəzifə Əziz Xəlilova həvalə olunub.

O, indiyə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışıb.

Yeni təyinatla İZİA-nın sədrinin müavinlərinin sayı 4-ə çatıb.