"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəlib

25 İyun 2025 10:21 (UTC+04:00)

Portuqaliyanın "Benfika" klubu 13 oyundan sonra Almaniya təmsilçisi "Bavariya"ya qalib gəlib. SİA "qartallar"ın yeganə qalibiyyəti klublararası dünya çempionatında qeydə alınıb.

Komanda C qrupunun III turunda rəqibini minimal hesabla üstələyib - 1:0.

Qeyd edək ki, tərəflər indiyədək 13 dəfə üz-üzə gəliblər. Bunların 10-da Münhen təmsilçisi qələbə qazanıbsa, 3 görüşdə heç-heçə qeydə alınıb.