İspaniya millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Alvaro Moratanı təhdid edən azarkeş saxlanılıb. SİA "Marca" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı gənc sosial şəbəkə hesabına müdaxilələr olduğunu əsas gətirərək polisə müraciət edib.
Lakin istintaq zamanı onun ifadəsində uyğunsuzluq aşkarlanıb. Araşdırmalar nəticəsində fanatın özünün futbolçunu təhdid etdiyi üzə çıxıb.
Qeyd edək ki, Alvaro Morato Millətlər Liqasında Portuqaliyaya uduzduqları final oyunundan sonra ölümlə hədələnib. İspanlar penaltilər seriyasında (əsas vaxt - 2:2) rəqibə 3:5 hesabı ilə məğlub olublar. Morata da 11 metrlik zərbədən yararlana bilməyib.