Mələkxanım Eyyubova verilişlərə şərt qoyub

25 İyun 2025 08:41 (UTC+04:00)

Xalq artisti Mələkxanım Eyyubova verilişlərə şərt qoyub. SİA xəbər verir ki, bu haqda o, "İzzət şou"da danışıb. Mələkxanım bildirib ki, dəvət aldığı proqramlara çıxarkən öz istədiyi müğənniləri dəvət edir: "Hər efirə getmirəm. Gedəndə də Ramalla gedirəm. Bu, kapriz deyil. Özünə məsuliyyətdir. Kiminlə olmalıyam bilməliyəm. Şərtdir... Ramal, Mərdan (kürəkəni müğənni Mərdan Kazımov) və ya böyük ifaçılar".