Xızıda “Infinity” aşdı: ölən var

25 İyun 2025 06:29 (UTC+04:00)

Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Məşədi Həsən qəsəbəsi yaxınlığında qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 90-HH-960 dövlət nömrə nişanlı, “Infinity” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə sürücü hadisə yerində ölüb. Məlumata görə qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.