Xəbər verdiyimiz kimi, klublararası dünya çempionatında C qrupunun üçüncü turunda Argentina təmsilçisi “Boka Xuniors” Yeni Zelandiyanın “Oklend Siti” klubu ilə qarşılaşıb. SİA ESPN nəşrinə istinadən xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə davam etdiyi zaman 54-cü dəqiqədə dayandırılıb.
Məlumata görə, buna əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, Tennessi ştatının Neşvill şəhərində keçirilən qarşılaşmaya fırtınalı hava və ildırım çaxması səbəbindən təxminən 50 dəqiqə ara verilib.