BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

24 İyun 2025 17:51 (UTC+04:00)

BMT nümayəndəsi deyib ki, Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, BMT-nin Cenevrədəki İnformasiya Xidmətinin direktoru Alessandra Velluççinin dediyinə görə, “BMT proqram üçün həlledici əhəmiyyət kəsb etməyən beynəlxalq əməkdaşların, eləcə də onların ailə üzvlərinin bir qismini müvəqqəti köçürmək qərarına gəlib”.