"Sabah" futbolçusu ilə yollarını ayırıb

24 İyun 2025 17:05 (UTC+04:00)

“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb. SİA xəbər verir ki, klubdan verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, o, 2022-ci ildən “bayquşları”ın uğurları üçün çalışıb. N.Ələsgərov paytaxt təmsilçisinin heyətində 83 (7) oyun keçirib.

30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.