"Azərreyl" yeni transferini açıqlayıb

24 İyun 2025 14:23 (UTC+04:00)

"Azərreyl"in qadın voleybolçulardan ibarət klubu yeni transferini açıqlayıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi kubalı Daima Del Rio Prevallə anlaşıb.

25 yaşlı oyunçunun müqavilə müddəti birillikdir.