"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

24 İyun 2025 14:22 (UTC+04:00)

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib. SİA xəbər verir ki, paytaxt təmsilçisi IV qrupda İsrailin “Kiryat” klubu ilə üz-üzə gələcək. "Neftçi" ilk görüşünü səfərdə, cavab matçını evdə keçirəcək.