...İyunun 23-ü axşam AGR holdinqi şirkətin Rusiyada GAC avtomobillərinin istehsalına başlamağı planlaşdırması barədə əvvəllər yayılan məlumatı rəsmən təkzib edib.
İddialara görə, xaricdən gətirilən avtomobil dəstlərinin yığılması indi AGR-ə məxsus olan keçmiş Hyundai avtomobil zavodunda aparılacaq.
SİA-nın məlumatına görə, AGR-dən TASS-a bildirilib ki, “məlumat reallığa uyğun gəlmir: “Bizim zavodun belə planları yoxdur”.
Bununla belə, jurnalistlər sakitləşmirlər - "Kitayskie-avtomobili.rf" nəşri öz Telegram kanalında sertifikatlaşdırma sənədlərinin skanlarını dərc edib, ondan belə çıxır ki, GAC hələ də Rusiyada, xüsusən də keçmiş Hyundai zavodunda istehsal olunacaq.
Yəqin ki, AGR tərəfdaşlığa girməyə qərar verən GAC şirkətini ikinci dərəcəli sanksiyalar riskindən çıxarmağa çalışır..?
Nazlı Almuradova