İranda 44 qadın, 13 uşaq həlak olub

24 İyun 2025 14:07 (UTC+04:00)

İyunun 13-dən - İsrailin hücumları başlayandan bəri 44 iranlı qadın həlak olub, 163-ü isə yaralanıb. SİA xəbər verir ki, bunu “Tasnim” agentliyinə İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib.

O deyib ki, qurbanlar arasında doğulmamış körpələrilə birlikdə ölən iki hamilə qadın da var.

Hüseyn Kermanpur əlavə edib ki, hücumlar nəticəsində ən kiçiyi cəmi 2 aylıq olan 13 uşaq da dünyasını dəyişib.

Yaralanan ən kiçik uşağın 4 yaşı var və hazırda 50 faiz yanıq xəsarəti ilə reanimasiyadadır.