Bakı-Quba yolunda avtoqəza olub, ölən və xəsarət alan var. SİA xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, “Infinity” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.