Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur - Emin Əmrullayev

24 İyun 2025 12:27 (UTC+04:00)

Müvafiq qaydalarla tənzimlənən nümunəvi məktəbli formaları mövcuddur və bu qaydaların dəyişdirilməsi ilə bağlı hazırda gündəmdə hər hansı məsələ yoxdur. SİA xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ayrı-ayrı məktəblər öz təşəbbüsləri ilə bu formaları müəyyən qədər dəyişmək hüququna malikdirlər: “Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər. Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur”.