Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb. PFL-dən SİA-ya bildirilib ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Belarusun “Torpedo-BelAZ” və Şimali Makedoniyanın “Rabotniçki” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma iyulun 10-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil ediləcək.