Azərbaycan ilə Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcəklər

24 İyun 2025 11:58 (UTC+04:00)

Parlament “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edib. SİA xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, sənəd 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.