ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs əldə olunduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Tramp atəşkəsin 6 saat ərzində qüvvəyə minəcəyini bəyan edib. Bu bəyanat İranın səhər saatlarında İsrailə altı dəfə raket hücumu həyata keçirməsindən dərhal sonra verilib. Tramp bu qərardan sonra “Lütfən, bunu pozmayın” deyib.
İran dövlət televiziyası “Press TV” də atəşkəs iddalarını təsdiqləyib. Həmçinin, İsrail rəsmi olaraq İranla atəşkəs elan edib. İsrailin Baş nazirlik ofisinin açıqlamasında “İsrail atəşkəsin hər hansı bir şəkildə pozulmasına sərt cavab verəcək” deyilib.
İsrail hökuməti Trampa müdafiə dəstəyinə və İranın nüvə təhlükəsinin aradan qaldırılmasında iştirakına görə təşəkkür edib.