İngiltərə klubu Argentina millisinin üzvünü transfer edib

24 İyun 2025 10:25 (UTC+04:00)

İngiltərənin "Kristal Pelas" klubu Argentina millisinin qapıçısı Valter Benitesi transfer edib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı iyulun 1-dən komandaya qoşulacaq.

32 yaşlı futbolçu Niderlandın PSV klubundan trnsfer olunub. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, PSV-nin heyətində 134 oyuna çıxan V.Benites bunların 43-də qapısını toxunulmaz saxlayıb. O, 2023-cü ildən Argentina yığmasının formasını geyinir.