Topuriya Makqreqoru əlsə saldı

24 İyun 2025 07:29 (UTC+04:00)

Gürcüstanlı UFC döyüşçüsü İliya Topuriya irlandiyalı Konor Makqreqorun barda dalaşmasına reaksiya verib. SİA xəbər verir ki, Makqreqor İspaniyanın İbiza şəhərində gecə klubunda bir nəfəri vurub. Topuriya SHAK MMA-ya müsahibəsində “O videonu görmüsən? Mən onu gördüm. Konor iki yumruq atdı və adi oğlanı belə nokaut edə bilmədi. Oğlan heç nə olmamış kimi uzaqlaşdı” deyib. Bazar günü, iyunun 29-da Topuriya Las-Veqasda (ABŞ) UFC 317 turnirində braziliyalı Çarlz Oliveyra ilə UFC titulu uğrunda döyüşəcək.