Odessada ardıcıl partlayışlar baş verdi

24 İyun 2025 05:30 (UTC+04:00)

Ukraynanın Odessa şəhərinin cənubunda ardıcıl partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb. Partlayışların hava hücumundan müdafiə sistemlərinin işi ilə əlaqədar olduğu bildirilib. Hazırda bir sıra regionlarda, o cümlədən Odessada hava həyəcanı siqnalı elan edilib.