Bu ərazilərdə qaz olmayacaq

24 İyun 2025 03:05 (UTC+04:00)

Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin "Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə 24.06.2025-ci il saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya "Azəriqaz” İB-dən bildirilib. Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramana, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.