Dubay hava limanları fəaliyyətini bərpa etdi

24 İyun 2025 01:52 (UTC+04:00)

Bəhreyn və Küveyt İranın Qətərdəki Amerika bazasına zərbəsindən sonra bağlanmış hava məkanlarında mülki aviasiya uçuşlarına qoyulmuş məhdudiyyətləri aradan qaldırıblar. SİA xəbər verir ki, bu barədə iki ölkənin aviasiya qurumları məlumat yayıblar. Həmçinin Dubay hava limanları da qısa fasilədən sonra tam fəaliyyətini bərpa edib.

Qeyd edək ki, daha əvvəl Bəhreyn, BƏƏ, Küveyt və İraq hava məkanını müvəqqəti bağlamışdı.