İtaliya İrandakı səfirliyini Omana köçürmək niyyətindədir.
SİA xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
Baş nazir bildirib ki, Yaxın Şərqdəki böhranın kəskinləşməsi fonunda İtaliya İrandakı səfirliyini müvəqqəti olaraq Omana köçürə bilər.
“Tehrandakı səfirliyin müvəqqəti olaraq Omana köçürülməsi ehtimalı araşdırılır”, - deyə Ciorcia Meloni qeyd edib.