Gürcüstanda müxalif "Güclü Gürcüstan" koalisiyasının üç üzvü həbs edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Badri Caparidze və Mamuka Xazaradze 8, Zurab Caparidze 7 ay müddətinə həbs olunub. Qərara əsasən, B. Caparidze və M.Xazaradze 2 il müddətində dövlət strukturlarında vəzifə də tuta bilməzlər.
Həbs edilənlər Parlamentin İstintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurlar.