Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb

23 İyun 2025 16:13 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya Penitensiar xidmətdən məlumat verilib.

Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.