Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov ürək-damar sağlamlığı ilə bağlı cəmiyyət arasında geniş maraq doğuran “Ürəyin tez-tez döyünməsinin səbəbləri və nə vaxt narahat olmalı?” mövzusunda ətraflı çıxış edib. SİA xəbər verir ki, dr. Nabil Seyidov çıxışı zamanı ürək döyüntülərinin artmasının yalnız psixoloji gərginlik və stresslə deyil, bəzən ciddi kardioloji problemlərlə əlaqəli ola biləcəyini vurğulayıb. Hər bir şəxs ürək ritmində dəyişiklik hiss etdikdə, xüsusilə də bu hal sinə ağrısı, nəfəs darlığı, başgicəllənmə və ya halsızlıqla müşayiət olunursa, mütləq şəkildə kardioloq müayinəsindən keçməlidir. Nabil həkim profilaktik tədbirlərin vacibliyini vurğulayaraq vətəndaşları vaxtaşırı ürək müayinələrindən keçməyə, sağlam qidalanmaya, fiziki aktivliyə və siqaret, spirt, enerji içkiləri kimi zərərli vərdişlərdən uzaq durmağa çağırıb.