"Real"ın ulduzu əməliyyat olunacaq

23 İyun 2025 12:17 (UTC+04:00)

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem çiyinindən əməliyyat olunacaq. SİA xəbər verir ki, bu barədə ingilis futbolçunun özü məlumat verib. O, klublararası dünya çempionatından sonra bunun baş verəcəyini bildirib:

"Hazırda hər şey qaydasındadır, ağrı əvvəlki qədər güclü deyil. Klublararası dünya şempionatı başa çatdıqdan bir neçə gün sonra əməliyyat keçirməyi planlaşdırıram. Buna görə sevinirəm. Bu vəziyyət artıq uzun müddətdir davam edir. Mən xüsusi dəstək korseti taxırdım, amma artıq səbrim tükənib. Həkimlər və tibbi heyət əla iş gördülər, amma mən çiyinimdəki narahatlıqdan qurtulmağa hazıram".

Qeyd edək ki, o, artıq 2 ilə yaxındır ki, çiynindəki zədə ilə oynayır. Əməliyyatdan sonra bərpa olunmaq üçün ona təqribən 3 ay vaxt lazım olacaq. Bu o deməkdir ki, Bellinqem yeni mövsümün startını buraxmalı olacaq.