Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “II Azərbaycan İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyətinin” konfransında Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi moderator qismində və infeksionist həkim Mədinə Abdullayeva məruzəçi qismində iştirak ediblər. SİA xəbər verir ki, Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi konfransın “Xüsusi qrup xəstələrdə virus hepatitləri” mövzusunda üçüncü panelində moderator və infeksionist həkim Mədinə Abdullayeva “Solid orqan transplantasiya olan xəstələrdə virus hepatitlərin idarə olunması” mövzusunda təqdimatla çıxış edib. Konfransda ölkəmizdə infeksion xəstəliklərin diaqnostikası və müalicəsi, eləcə də transplantasiya sonrası fəsadların profilaktikası və idarə olunması istiqamətində aparılan tədqiqatlar müzakirə olunmuş, bu sahədə beynəlxalq təcrübələrin inteqrasiyası barədə fikir mübadiləsi aparılmışdır.
Mərkəzi Gömrük Hospitalının həkimlərinin bu konfransda iştirakı, onların elmi biliklərinin paylaşılması və peşəkar platformalarda təmsil olunması, tibb sahəsində təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verir.