Rusiyanın atdığı raket müğənninin evinə düşdü

23 İyun 2025 11:22 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, iyunun 23-ə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu edib. Gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməyə başıayıb və hava hücumundan müdafiə sistemi işə düşüb. Rusiya ordusu Ukraynaya zərbə dronları, həmçinin qanadlı və ballistik raketlərlə hücum edib. SİA-nın məlumatına görə, hücum nəticəsində ukraynalı müğənnilər Taras və Yelena Topolinin mənzili də dağılıb.

"Antitela" qrupunun solisti bildirib ki, mənzil tamamilə yararsız hala düşüb.

"İçəridəki hər şey dağıdılıb, partlayış zirehli qapıları qıfıllarından qoparıb. Divarlar qalıb, hətta onlar da qismən dağılıb", - o qeyd edib.

Topolin əlavə edib ki, hücumda xəsarət alan olmayıb.