Emin Əmrullayevin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

23 İyun 2025 10:32 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayevin 27 iyun 2025-ci il tarixində Daşkəsən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaş qəbulu iyunun 30-da keçiriləcək.

Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.