İsmayıllıda oğlunun bıçaqladığı şəxs xəstəxanada ölüb

23 İyun 2025 09:47 (UTC+04:00)

İsmayıllı rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs ölüb. SİA xəbər verir ki, söyüşə görə oğlu tərəfindən bıçaqlanan B.Əzizov aldığı xəsarətlərdən dünən xəstəxanada həyatını itirib.

Xatırladaq ki, oğul atasının boyun nayihəsinə bıcaqla zərbə endirmişdi.

Faktla bağlı araşdırma aparılır.