Yaponiyanın Baş naziri NATO sammitində iştirakdan imtina etməyi planlaşdırır

23 İyun 2025 09:31 (UTC+04:00)

Yaponiyanın Baş naziri Sigeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətindədir. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Bu qərarın səbəbi açıqlanmır. Daha əvvəl Cənubi Koreya Prezidenti Li Çje Myon da sammitdə iştirakdan imtina etmişdi. Onun administrasiyasında bunu "andiçmədən sonra çoxsaylı dövlət işləri" və "Yaxın Şərqdə dəyişkən vəziyyət"lə izah etmişdilər.

Son illərdə Yaponiyanın Baş naziri NATO liderlərinin görüşlərində daim iştirak edib.