İran yenidən İsraili raket atəşinə tutdu

23 İyun 2025 06:18 (UTC+04:00)

İsrail Müdafiə Qüvvələri (IDF) İran ərazisindən raketlərin buraxılmasını təsdiqləyib və onları ələ keçirməyə başlayıb. SİA xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb. Təl-Əviv və ölkənin mərkəzi ərazilərində mülki müdafiə sirenləri işə salınıb. Sakinlərə dərhal qoruyucu tikililərə sığınmaq tövsiyə olunur.