...Ukrayna prezidenti Vladimir Zelenski bazar günü deyib ki, Rusiyanın Avropada yeni hərbi əməliyyatlar hazırladığına dair sübutlar var.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna dövlətinin başçısı Telegram-da yazıb.
Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla görüşdən sonra açıqlama verib.
...Biz Rusiya rəhbərliyinin növbəti intellektual reqressiyasını qeydə alırıq və onların Avropa ərazisində yeni hərbi əməliyyatlar hazırladıqlarına dair sübutlarımız var, - prezident yazıb.
O qeyd edib ki, Ukrayna Ukrayna kəşfiyyatının əldə etdiyi faktlar barədə tərəfdaşlarına məlumat verəcək.
...Biz müdafiə üçün birgə qərarlar hazırlayırıq, xüsusən də Böyük Britaniya və Avropa Birliyi ilə, - deyə Zelenski bildirib.
Əli Babayev