Pezeşkian: "ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub"

22 İyun 2025 17:04 (UTC+04:00)

ABŞ-ın İranın üç nüvə obyektinə hücumu göstərir ki, məhz Vaşinqton İsrailin İrana hücumunun əsas təşəbbüskarı olub. SİA“Tasnim”-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Məsud Pezeşkian qeyd edib ki, ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub.