ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsi nəticəsində ölən olmayıb. SİA xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hosseyin Kolivand bildirib.
“Xoşbəxtlikdən, ABŞ-ın dünən İranın nüvə obyektlərinə aqressiv hücumu ilə əlaqədar ölən yoxdur”, - deyə Pir Hosseyin Kolivand qeyd edib.