Astana yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb - ekipajın iki üzvü həlak olub

22 İyun 2025 15:35 (UTC+04:00)

Astana yaxınlığında yerləşən Jolaman aerodromunun ərazisində təlim uçuşu zamanı TL-2000 yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb. SİA Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarə fiziki şəxsə məxsus olub. İlkin məlumatlara görə, təyyarədə ekipajın iki üzvü olub – onlar həlak olublar.

Hadisənin araşdırılması ilə bağlı komissiya yaradılır.