İran ABŞ-nin hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib

22 İyun 2025 14:32 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib. SİA xəbər verir ki, A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında belə çağırışla çıxış edib.

Nazir ABŞ-nin İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. O, hücumlar bitməyənə qədər diplomatik danışıqların çətinliyini də qeyd edib.