Abbas Araqçi ABŞ-ı diplomatiyaya xəyanətdə ittiham edib

22 İyun 2025 13:35 (UTC+04:00)

Diplomatik danışıqlar davam etdiyi bir müddətdə diplomatiyaya xəyanət edən ABŞ-dır. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

Abbas Araqçi bildirib ki, İranın ABŞ-ın özünü hücumdan qorumaq hüququ var: “İran təhlükəsizliyini və xalqını qorumaq üçün hər cür tədbir görəcək”.