Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib

22 İyun 2025 13:21 (UTC+04:00)

Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.

R.Dərgahzadə ömrünün 82-ci ilində dünyasını dəyişib.

Qeyd edək kİ, o, 1997-2005-ci illərdə Rusiya Kinematoqrafçılar İttifaqının Kino istehsalı və yayımı təşkilatçıları gildiyasının prezidenti olub.