Brüs Uillisin həyat yoldaşı Demi Murun dəstəyindən danışır...

22 İyun 2025 22:54 (UTC+04:00)

...Aktyorun keçmiş və indiki həyat yoldaşları qızları kimi həmişə ünsiyyət saxlayıblar. Onları Uillisin sağalmaz xəstəliyi daha da yaxınlaşdırır.

SİA-nın məlumatına görə, Brüs Uillisin indiki həyat yoldaşı 47 yaşını aktyorun keçmiş həyat yoldaşının əhatəsində qeyd edib.

Emma Heminq sosial şəbəkədə Demi Mur, qızı Rumer və nəvəsi Louetta, həmçinin övladları Evelin və Meybl ilə birlikdə fotosunu yerləşdirib.

Heminq fotonun altında dostlarının və ailəsinin sevgisini hiss etdiyini və bu sevginin sözlə təsvir edilməsi çətin olan bir dəstəyə çevrildiyini qeyd edib.

Xatırladaq ki, Demi Mur 1987-2000-ci illərdə Uillislə evli olub.

Onların üç yetkin qızı var: 36 yaşlı Rumer, 33 yaşlı Skaut və 31 yaşlı Tallula. Hollivud ulduzu Heminqlə 2009-cu ildə nişanlanıb. Aktyorun keçmiş və indiki həyat yoldaşları qızları kimi həmişə ünsiyyət saxlayıblar.

Onları Uillisin sağalmaz xəstəliyi daha da yaxınlaşdırırlar. Onu da xatırladaq ki, 2022-ci ilin aprelində Uillisə demensiya diaqnozu qoyulub.

Nazlı Almuradova