"Real" vingeri Vinisius Juniorla müqavilə müddətini uzadıb

22 İyun 2025 10:45 (UTC+04:00)

İspaniya təmsilçisi "Real" vingeri Vinisius Juniorla müqavilə müddətini uzadıb. SİA "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid kollektivi futbolçu ilə sözləşməni artırdığını klublararası dünya çempionatından sonra açıqlayacaq.

Yeni müqavilənin 2030-cu ilə qədər olduğu bildirilir.

Qeyd edək ki, "Transfermarkt" portalı Vinisiusun bazar dəyərini 170 milyon avro qiymətləndirir.