Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapılıb

22 İyun 2025 10:39 (UTC+04:00)

Üç gün əvvəl Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində batan 15 yaşlı yeniyetmənin meyiti tapılıb. SİA xəbər verir ki, Mingeçevir şəhər sakini, 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhanovicin meyiti sudan çıxarılıb.

Yeniyetmənin meyiti onun boğulduğu ərazisisən 15 kilometr kənarda - FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.