Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il iyunun 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək. SİA xəbər verir ki, imtahanda iştirak etmək üçün 1 141 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanların keçirilməsi üçün 15 imtahan rəhbəri, 77 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.