İrandan İsrailə ballistik raketlər atılıb

22 İyun 2025 09:07 (UTC+04:00)

İsrail İrandan ballistik raketlərin atılması qeydə alınıb. SİA xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Bu, ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra İrandan İsrailə ilk hücumdur.

Raket hücumu ilə əlaqədar İsrailin mərkəzi və şimalında həyəcan siqnalı verilib. Əhali növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmalıdır.

İran mediası da İsrailə yeni raket hücumu başladığı barədə xəbər yayıb.