“Hər kəsi təbrik edirəm”. SİA xəbər verir ki, bu sözləri UFC-nin prezidenti Deyna Uayt Bakıda keçirilən döyüş gecəsindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycana gəldiyi üçün xoşbəxt olduğunu bildirib: “Bura çox mükəmməldir. Bakı şəhəri və yeməkləriniz inanılmazdır. İnsanlar qonaqpərvərdirlər Azərbaycan haqqında həyat yoldaşıma danışmışam. Prezident İlham Əliyevlə görüşdük. Gözəl hisslər idi”.
Onun sözlərinə görə, yarışı 14 mindən çox azarkeş izləyib.
Qeyd edək ki, Azərbaycan idmançılarından Nazim Sadıxov və Rafael Fiziyev turniri qələbə ilə bitiriblər. Tofiq Musayev isə qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olub.