"Həbib həmişə mənə deyir ki, çəkinmə, həmişə irəli atıl..."

21 İyun 2025 22:31 (UTC+04:00)

“Bütün məşqçi heyəti raundlararası məşq zamanı deyirdi ki, teykdaun etmə, ayaq üstündə döyüş. Mən də bu gün sübut etdim ki, ayaq üstündə döyüşə bilirəm”.

SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən UFC döyüş gecəsində qazaxıstanlı Maksum Azata qalib gələn rusiyalı Taqir Ulanbekov jurnalistlərə açıqlamasında deyib.

O, döyüş vaxtı hər şeyin onun tərəfində olduğunu bildirib: “Layiqli qələbə qazandığımı düşünürəm. Bütün döyüş vaxtı irəli atılırdım”.

İdmançı bildirib ki, döyüş zamanı Həbib Nurməhəmmədov ona irəli atılmağın lazım olduğunu söyləyib: “Həbib həmişə mənə deyir ki, çəkinmə, həmişə irəli atıl. Mən döyüşdən sonra rəqibə dedim ki, təəssüflənməsin. Bu gün mən qalib gəldim, növbəti döyüş onun qələbəsi ilə başa çata bilər”.